ABŞ qüvvələri terror təşkilatının işğal altında saxladığı ərazilərdə YPG/PKK terrorçularına təlim dəstəyi verməyə davam edir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qanlı terror təşkilatı YPG/PKK-nı silahla təmin edən ABŞ indi də təşkilatın üzvlərinə təlim keçir.
Amerika əsgərləri Suriyanın Hasəkə vilayətinin şərqindəki Şəddadi rayonunda YPG/PKK terrorçuları ilə görüşüb.
Verilən məlumata görə, aprelin 10-da 30 amerikalı təlimçinin 230 YPG/PKK terrorçusuna silahlı təlim keçdiyi məlum olub.
Çoxlu sayda ABŞ istehsalı olan “Bradley” tipli zirehli döyüş maşınının istifadə olunduğu təlimdə YPG/PKK terrorçularına snayper, cangüdən, təxliyyə və artilleriya atəşi təlimləri keçirilib.
Digər tərəfdən ABŞ helikopterləri təlim bölgəsində kəşfiyyat uçuşları həyata keçirib.
ABŞ-ın terror təşkilatına verdiyi silahlı təlimin davam edəcəyi gözlənilir.
QAZİLER.AZ
