3D printeri ilə 3D printeri çap edildi

3D printeri ilə 3D printeri çap edildi backend

RepRap (Replicating Rapid Prototyper) təşəbbüsünün “RevarBat” nikli üzvü “Snappy” adlı 3D printer modeli yaradıb. Bu printerin böyük hissəsini elə 3D printerinin özü vasitəsilə hazırlamaq olur.


İKT.lent.az-ın verdiyi məlumata görə, çap olunan 61 ədəd detaldan başqa, “Snappy”ni hazırlamaq üçün şüşə, podşipnik, enerji doldurulma bloku, mühərriklər və elektronika tələb olunur. Detallar bir-birinə bağlanır. Printer saniyədə 60 mm sürətlə çap edir. Müəllif bu cür qurğunun qiymətinin 300 dollar olduğunu bildirib.

Qeyd edək ki, təkrara istehsal mexanizmlərinin hazırlanması məqsədilə yaradılmış RepRap təşəbbüsü 2005-ci ildən mövcuddur. 2008-ci ilə qədər RepRap qrupunun “1.0 Darwin” printeri artıq öz detallarının yarıdan çoxunu cap edəcək səviyyəyə gəlib.
Diaspora