İran Qərbi ittiham etdi: "Ukraynadakı münaqişəni uzadır"

İran Qərbi ittiham etdi: "Ukraynadakı münaqişəni uzadır" backend

"Qərb Ukrayna Silahlı Qüvvələrinə külli miqdarda silah ötürməklə Ukraynadakı münaqişənin həllini yubatmaqda davam edir".

Qaziler.az xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyinin birinci müşaviri Səttar Əhmədi “EADaily Tasnim News” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu cür hərəkətlər yalnız əhali arasında itkilərin sayını artırır və humanitar böhranlara gətirib çıxarır.

“Münaqişədən təsirlənən ölkələrə və ya qruplara silah və hərbi texnika ixrac edildikdə, bu, zorakılığı artırır və münaqişəni uzadır. Bu, itkilərin artmasına, mülki əhalinin köçməsinə və humanitar böhranlara səbəb ola bilər. Bundan əlavə, öhdəliklərin pozulması silahlanma yarışını alovlandıra və güc balansında tarazlığı poza bilər”, - deyə müşavir izah edib.

QAZİLER.AZ

Diaspora