Dünya əhalisinin 8 milyarda yaxınlaşması ilə Hindistan əhalisinin Çini ötəcəyi gözlənilir.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan əhalisinin aprelin ikinci rübündə 1 milyard 423 milyon nəfərə çatacağı və Çini keçəcəyi gözlənilir. Beləliklə, Çin ən çox əhalisi olan ölkə titulunu Hindistana ötürmüş olacaq.
Birləşmiş Millətlər Təşkilatının açıqladığı hesablamalara görə, Hindistan aprelin sonunda dünyanın ən sıx məskunlaşdığı ölkə sayılan Çini keçəcək.
Hindistanda hər 10 ildən bir keçirilən siyahıyaalma koronavirus epidemiyası səbəbindən bu ilə təxirə salınıb.
Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisi 1960-cı illərdən bəri, 60 ildə ilk dəfə olaraq 850 min nəfər azalıb. Belə ki, Çinin əhalisi 1 milyard 412 milyon nəfər olaraq tanınır.
Hesablamalara görə, noyabr ayında dünya əhalisinin sayı 8 milyarda çatacaq, 2100-cü ildə isə onun 10 milyardı keçəcəyi gözlənilir.
QAZİLER.AZ