Qazaxıstanda aviasiya yanacağı, dizel və bitum kimi bəzi neft məhsullarının ixracı 31 dekabr 2024-cü ilə qədər qadağan edilib.
Qaziler.az-ın məlumatına görə, bu barədə “timeturk.com” Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir.
Nazirliyinin dərc etdiyi fərmanda “Bəzi neft məhsullarının Qazaxıstan ərazisindən Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara çıxarılması 2024-cü il dekabrın 31-dək qadağan edilib” qeyd edilib.
Belə ki, daxili bazarda kəsirin qarşısını almaq üçün aviasiya yanacağı, dizel, qazoyl və bitum kimi bəzi neft məhsulları ölkədən çıxarılmayacaq.
QAZİLER.AZ