Rusiyanın Kamçatka vilayətində Şiveluç vulkanının püskürməsindən sonra vulkandan ən azı 50 kilometr aralıda yerləşən yaşayış məntəqələri küllə örtülüb.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, bölgə rəhbərliyi magistral yolların nəqliyyatın hərəkətinə bağlandığını, məktəblərin fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən açıqlamaya görə, vulkanın püskürməsindən sonra kül buludları 15-20 kilometr yüksəkliyə qalxıb.
Qısa müddətdə yayılan kül vulkandan ən azı 50 kilometr aralıda yerləşən yaşayış məntəqələrini bürüyüb. Vulkanın ətrafında heç bir təhlükə olmasa da, bölgəyə yayılan kül həyatı iflic vəziyyətinə gətirib.
Rusiyanın Kamçatka bölgəsində ən aktiv vulkan kimi tanınan Şiveluç təxminən 6 aydan sonra yenidən aktivləşib. İnstitutun direktoru Aleksey Ozerov Kamçatkada həyatı iflic edən kül istilası ilə bağlı bölgəyə yayılan külün 6-8 santimetrə çatdığını və sonuncu dəfə belə bir hadisənin 60 il əvvəl, 1964-cü ildə baş verdiyini açıqlayıb.
QAZİLER.AZ






