Həştərxanda I Xəzər media forumu başlayıb

Həştərxanda I Xəzər media forumu başlayıb backend

Həştərxanda Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə təşkil edilmiş I Xəzər media forumu başlayıb.

Trend-in məlumatına görə, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin forumun açılışında bildirib ki, media forumunun məqsədi bütün regionda obyektiv və müsbət medai sahənin yaradılmasıdır.

O deyib ki, informasiyanın əsas vəzifəsi regionda əməkdaşlığın iqtisadi, mədəni və digər növlərinə kömək etməkdir.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin isə vurğulayıb ki, bütün ölkələrə toxunan indiki böhrana baxmayaraq, Xəzəryanı ölkələrin əmtəə dövriyyəsi artır, nəqliyyat dəhlizləri fəaliyyət göstərir və inkişaf edir: "Hazırda bir sıra sahələrdə, o cümlədən humanitar və iqtisadi sahələrdə qarşılıqlı maraq doğuran çox iri layihələr reallaşdırılır".

Qeyd edək ki, forum sentyabrın 20-dək işini davam etdirəcək. Forumda 5 Xəzəryanı dövlətdən 200-dən artıq qonaq iştirak edir. Azərbaycanı forumda Azərbaycan Prezidenti Administrasiyası, İqtisadiyyat və Sənaye, Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin əməkdaşları, eləcə də KİV nümayəndələri təmsil edirlər.
Diaspora