Qüdsdə Məscidül-Əqsaya giriş qadağan edildi - FOTO

Qüdsdə Məscidül-Əqsaya giriş qadağan edildi -  FOTO backend

Yəhudi köçkünlər gərginliyin tüğyan etdiyi Şərqi Qüdsə yenidən basqın ediblər.

Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, yəhudi köçkünlər səhər saatlarında Məscidül-Əqsanın həyətinə basqın ediblər.

5-13 aprel tarixlərini əhatə edən Pasxa bayramı ərəfəsində fanatik yəhudilərin Əqsa üzərinə basqın etdikləri qeyd edilib. Şahidlərdən alınan məlumata görə, basqından əvvəl çoxlu sayda İsrail polisi Məscidül-Əqsanın müxtəlif yerlərində yerləşdirilib və onlardan bir qismi Qiblə məscidinin damına çıxıb.

Fanatik yəhudilər İsrail polisinin himayəsi altında Məğyaribə qapısından Hərəmi-Şərifə daxil olublar. Həmçinin İsrail qüvvələri 50 yaşdan aşağı fələstinlilərin də səhər namazı üçün Əqsaya daxil olmasına mane olub. Beləliklə, onlarla fələstinli səhər namazını çöldə, Hərəmin qapıları yaxınlığında qılıb.

Daha sonra fanatik yəhudilərin basqını zamanı Əqsadakı fələstinlilər təkbir söyləyərək basqına etiraz ediblər.

QAZİLER.AZ

Diaspora