Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “F-16” qırıcılarını idarə edə bilən xarici pilotları Ukraynanın müdafiəsinə qoşulmağa dəvət edib.
Qaziler.az UNİAN-a istinadla bildirir ki, bunu Reznikov Ukrayna-Odessa Media Mərkəzində danimarkalı həmkarı Troels Lund Poulsenlə birgə brifinqdə deyib.
O cümlədən, Müdafiə Nazirliyinin rəhbəri təklif edib ki, xarici hərbi texnikaya xidmət göstərmək istəyən və bacaran, müvafiq icazələri və sənədləri əldə etmək imkanı olan xarici mütəxəssislər Ukraynaya işləmək üçün gəlsinlər.
"Bu, pilotlara da aiddir. “F-16”nı idarə etməyi bilən və (müharibədə) iştirak etməyə hazır olan pilotlar varsa, Xarici legion qapılarını açmağa hazırdır", - Reznikov bildirib.
QAZİLER.AZ