Zelenskinin porodiya edən artist ölümlə hədələndi

Zelenskinin porodiya edən artist ölümlə hədələndi backend

Ukrayna prezidenti Volodimir Zelenskinin parodiyaları ilə ictimaiyyət arasında tanınan rəssam Maks KomikadZe polisə, onun və ailəsinin ukraynayönümlü radikallar tərəfindən ölümlə hədələndiyini bildirib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, komediyaçı əvvəllər ona hədə-qorxu edilsə də, indi prodüserin məsləhəti ilə hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəldiyini bildirib.

Sənətçi izah edib ki, hücum etmək istəyənlər onun ünvanını bilirlər. Bundan əlavə, onun öldürülməsi ilə bağlı elan da peyda olub.

O, polisə verdiyi ifadəsində təhdid aldığı bütün sosial media hesablarını göstərib.

QAZİLER.AZ

Diaspora