BMT-nin iclasında Rusiya və ABŞ arasında qalmaqal yaşanıb

BMT-nin iclasında Rusiya və ABŞ arasında  qalmaqal yaşanıb backend

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında silah ixracının pozulması ilə bağlı Rusiya ilə ABŞ arasında mübahisə yaranıb.

Qaziler.az “Yeniakit.com”a istinadla xəbər verir ki, BMT-nin tərksilah üzrə ali nümayəndəsi İzumi Nakamitsu Rusiyanın təşkil etdiyi “Silah ixracı ilə bağlı pozuntular” mövzusunda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

Qeyri-qanuni silah ticarətinin beynəlxalq ictimaiyyət üçün mühüm problem olaraq qaldığını vurğulayan Nakamitsu, bunun silahlı qarşıdurmaya, terrora və cinayətə təkan verməklə yanaşı, bütün regionlarda sabitliyi poza biləcəyini bildirib.

Rusiyanın Daimi Nümayəndəsi Vasili Nebenzia isə Qərb ölkələrinin qondarma məsuliyyətli davranış sərgilədiyini, onların Ukraynada başlatdıqları böhranın bunun tam əksi olduğunu deyib. ABŞ və Qərb ölkələrinin Ukraynaya silah tədarükünün böyük risklər gətirdiyini və beynəlxalq hüququ pozduğunu qeyd edən Nebenzia BMT Təhlükəsizlik Şurasının vəzifəsinin bu problemləri həll etmək olduğunu bildirib.

ABŞ-ın Daimi Nümayəndəsinin müavini Robert Vud iclasda Rusiyanın dezinformasiya yaymağa çalışdığını və bugünkü görüşün Rusiyanın qonşuya qanunsuz müdaxiləsini ört-basdır etmək cəhdi olduğunu bildirib. Həmçinin Vud bəyan edib ki, Ukraynadakı problem silah ixracı məsələsi deyil.

QAZİLER.AZ

Diaspora