Çin süni zəka bazarında lider olur

Çin süni zəka bazarında lider olur backend

Kompüter və ya kompüterlə idarə olunan robotun ağıllı canlılara bənzər müxtəlif fəaliyyətləri yerinə yetirmə qabiliyyəti olaraq təyin olunan süni intellekt bu gün çox populyarlaşıb.

Xüsusilə indiki vaxtda “ChatGPT” kimi çatbotların populyarlaşması süni intellekt bazarına marağı artırıb.

Qlobal bazar araşdırması şirkəti International Data Corporation (IDC) hesabatına görə, Çində süni intellektin bazar dəyərinin 2026-cı ilə qədər 26,44 milyard ABŞ dollarına çatacağı gözlənilir.

2023-cü ildə ölkədə süni intellekt bazarına ayrılan xərclərin 14,75 milyard ABŞ dollarına çatacağı və dünyada ümumi həcmin təxminən 10 faizini təşkil edəcəyi təxmin edilir.

Hesabatda Çinin süni zəka bazarının illik artım tempinin 2021-2026-cı illərdə 20 faizi keçəcəyi proqnozlaşdırılır.

QAZİLER.AZ

Diaspora