Aprelin 10-da Şimali İrlandiyanın Derri şəhərində naməlum şəxslər polis əməkdaşlarının olduğu avtomobilə hücum edərək onu yandırıblar.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Şimali İrlandiya polisi məlumat yayıb.
"Maşına icazəsiz keçirilən Pasxa paradında iştirak edən şəxslər molotov kokteyli və digər əşyalar atıb. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur", - polisin açıqlamasında deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə olan bu insident ABŞ prezidenti Co Baydenin Şimali İrlandiyaya səfər etməsindən bir gün əvvəl baş verib.
Aprelin 11-də Co Baydenin Şimali İrlandiyaya səfəri gözlənilir.
QAZİLER.AZ