Gürcü tibb bacısı İtaliyada yaşlı xəstəyə qarşı zorakılıq ittihamı ilə mühakimə olunur - VİDEO

Gürcü tibb bacısı İtaliyada yaşlı xəstəyə qarşı zorakılıq ittihamı ilə mühakimə olunur - VİDEO backend

İtaliyada tibb bacısı işləyən 36 yaşlı Gürcüstan vətəndaşının işi məhkəməyə verilib və o, yaşlı xəstəyə qarşı pis rəftarda ittiham olunur.

Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, söhbət Coya-Tauro şəhərində baş verən hadisədən gedir. Gürcüstan vətəndaşı yataq xəstəsi olan 88 yaşlı qadına qulluq edirmiş. Lakin yaşlı qadının qohumları tibb bacısının rəftarında şübhələnərək polisə müraciət ediblər.

Polisin quraşdırdığı videokameralarda tibb bacısının yaşlı qadınla kobud rəftar etməsi, təhqir etməsi və mütəmadi olaraq gecələr onu köməksiz və nəzarətsiz tərk etməsi, yalnız sübh vaxtı geri qayıtması qeydə alınıb.

Məlum olub ki, eyni qadın başqa ailədə də işləyir.

İtaliya mediası fevralda Gürcüstan vətəndaşının saxlanması barədə məlumat yayıb.

QAZİLER.AZ

Diaspora