Hamburqdakı yanğını iki gündür söndürə bilmirlər

Hamburqdakı yanğını iki gündür söndürə bilmirlər backend

Almaniyanın Hamburq şəhərində Rotenburqsort rayonunda böyük tüstü buludu var. Anbarlarda baş verən genişmiqyaslı yanğını ikinci gündür ki, söndürmək mümkün deyil.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Almaniyanın Welt nəşrinə istinadən xəbər verir.

"Bazarı günü , Pasxada Hamburq şəhərində bir neçə anbarı məhv edən böyük yanğın hələ də söndürülməyib. Polis idarəsinin sözçüsü bazar ertəsi səhər tezdən yanğınla bağlı ilk məlumat verildikdən 27 saat sonra yanğınsöndürmə işlərinin hələ də tamamlanmadığını bildirib".

O, əməliyyatın bir sutka ərzində davam edə biləcəyini ehtimal edib. Yanğının dəqiq səbəbi hələlik məlum deyil. Ölən və yaralananlar olmayıb.

QAZİLER.AZ

Diaspora