Qasırğadan əvvəl ölkənin qərbində insanlar arasında çaxnaşma yaranıb. İnsanlar buna hazırlaşmaq üçün bazar rəflərinə axışırdılar.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Avstraliya qarşıdan gələn şiddətli qasırğaya hazırlaşır.
“İlsa” qasırğasının sürətinin saatda 250 kilometrə çatacağı və ölkənin qərb bölgəsinə təsir edəcəyi gözlənilir.
On minlərlə evə təsir edəcəyi gözlənilən qasırğadan əvvəl təşviş içində olan camaat bazarlara axışıb.
Fırtına xəbərdarlığı alan Qərbi Avstraliya əyalətinin sakinləri hazırlıq üçün ərzaq rəflərini boşaldıblar.
Avstraliya mediası “İnsanlar Port Hedlandda ərzaq rəflərini boşaldır” xəbərini verib. Boş ərzaq rəfləri ilə bağlı sosial mediada paylaşdıqları kadrı yerləşdiriblər.
QAZİLER.AZ
