Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşü mayın əvvəlinə kimi təxirə salınıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov deyib.
“Bazar ertəsinə planlaşdırılan görüş mayın əvvəlinə keçirildi. Bu məsələ ilə bağlı müsbət nəticələr əldə etmək üçün maraqlı tərəflər arasında təmaslar və məsləhətləşmələr davam edir”, - səfir bildirib.