Netanyahu hərbi polisin İsrailin Baş naziri Binyamin Netanyahu cümə günü Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin bütün ehtiyatda olan şəxsi heyətinin və əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, Netanyahu həmçinin vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.
“İsrailin Baş naziri Binyamin Netanyahu İsrail polisinə MAGAV-ın ehtiyatda olan şəxsi heyətinin (hərbi polis), İsrail Müdafiə Qüvvələrinin əlavə qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib”, - deyə məlumatda bildirilib.