Belçikanın beynəlxalq hava limanında gömrük işçiləri ekstazi həblərinin hazırlanmasında istifadə edilən kimyəvi maddədən hazırlanmış Pasxa dovşanlarını müsadirə ediblər
Qaziler.az xəbər verir ki, bu barədə “Le point” nəşri yazıb.
Gömrük əməkdaşı Paul Meleneire bildirib ki, dovşanlar Belçikada möhürlənib və sonradan Honq Konqa göndərilmək üçün nəzərdə tutulub. Meleneir paketi spektroskopla yoxlayıb və orada qadağan olunmuş maddələr aşkar edib.
Nəşr yazır ki, Belçika Latın Amerikasından gətirilən kokain üçün Avropa qapısıdır. Bundan əlavə, nəşrin yazdığına görə, bu ölkə Avropada istehsal olunan sintetik narkotiklərin yayılması üçün mərkəzə çevrilib, çünki narkotik alverçiləri onları oradan bütün dünyaya poçtla göndərməyə çalışırlar.
QAZİLER.AZ