“Ukrayna "böyük və güclü Polşa dövlətinin" bir hissəsi ola bilər”.
Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzetinin yazarı Tomaş Grzegorz Grosse deyib. O qeyd edib ki, belə bir addım Şərqi Avropada Rusiyaya qarşı daha effektiv mübarizə aparmağa imkan verəcək.
“Polşalı ekspertlər tarixi Birliyi bərpa etməyi məsləhət görürlər. Mən regionumuzun ölkələri, ilk növbədə, Polşa və Ukrayna arasında dərin əməkdaşlığı nəzərdə tuturam. Onda Kiyevin Aİ və NATO-ya daxil olması məsələsi öz həllini tapacaq” - jurnalist yazıb.
QAZİLER.AZ