Hər gün 22 min uşaq yoxsulluqdan ölür

Hər gün 22 min uşaq yoxsulluqdan ölür backend

Türkiyədə Yetimlər Fondunun prezidenti Murat Yılmazın ictimaiyyətə açıqladığı "Küçə Uşaqları Hesabatı" bütün dünyada yaşanan insan faciəsini rəqəmlərlə gündəmə gətirib.

Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hesabata görə, hər gün 22 min uşaq yoxsulluq səbəbindən ölürsə, 100 milyondan çoxu küçələrdə yaşayır, 200 milyondan çox uşaq isə fəhlə işləyir.

Murat Yılmaz İstanbul Universiteti Rektorluğunun Mavi Salonunda təşkil edilən mətbuat konfransında dünyada hər dörd uşaqdan birinin müharibə, qarşıdurma və fəlakətlərdən zərər çəkmiş ölkələrdən birində yaşadığını, 1 milyard uşağın isə yoxsulluqla üz-üzə olduğunu söyləyib.

Prezident Yılmaz dünyada 200 milyona yaxın uşağın işləmək məcburiyyətində olduğuna və 80 milyon qaçqının yarısının da uşaq olduğuna diqqət çəkərək sözlərini belə davam etdirib: “dünyada olan 2,5 milyard uşaqdan 40 faizini təşkil edən 1 milyard uşağın yetim vəziyyətdə olduğunu deyə bilərik”.

QAZİLER.AZ

Diaspora