Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula Von Der Leyen Pekində Çin prezidenti Si Cinpinq tərəfindən qonaq edilib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, iclasın keçirildiyi dəyirmi masa siyasət arenasında gündəmə gəlib.
Masada üç ad arasındakı məsafə aydın gözə çarpırıb. Ortaya çıxan mənzərə Rusiya prezidenti Vladimir Putinin Makron və Şoltzla görüşünü xatırladıb.
Qeyd edək ki, Ukrayna ilə gərginliyin artdığı, danışıqların uzun bir masa ətrafında getdiyi bir vaxtda Putin Almaniya kansleri Olaf Şoltzla yanaşı Makronu da qəbul etmişdi. Sözügedən görüntülər dünya gündəmində uzun müddət müzakirə edilmiş və Putinin Avropa liderlərindən uzaq olması haqda şərhlər edilmişdi.
Belə ki, oxşar şərhlər Çin liderinin avropalı qonaqlarına münasibətindən sonra da səslənib. Görüşdəki çıxışında Leyen bildirib ki, prezident Si ilə birgə görüş iqtisadi münasibətlərdəki disbalansları aradan qaldırmaq və Rusiya müharibəsi və iqlim dəyişikliyi kimi aktual qlobal problemlər üzrə əməkdaşlığı qiymətləndirmək üçün bir fürsətdir.
Makron isə görüşdən əvvəl verdiyi açıqlamada Çinin Ukraynada atəşkəsdə mühüm rol oynaya biləcəyini bildirib: “Bu mövzuda irəliləyiş əldə etmək üçün gəldim” Fransa lideri deyib.
QAZİLER.AZ



