Keçən həftə yuxarı tənəffüs yolları xəstəliyindən dolayı xəstəxanaya yerləşdirilən katoliklərin ruhani lideri Papa Fransisk sağaldıqdan sonra Romadakı “Casal del Marmo” uşaq həbsxanasına gedib.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, o, burada Pasxadan əvvəl cümə axşamı günü ritual həyata keçirib.
Papa ənənəvi dua mərasimində məhbus gənclərin ayaqlarını yuyub.
Hz. İsanın həvarilərinə qarşı təvazökarlığını əks etdirdiyi güman edilən ənənəvi mərasimdə Papa əvvəlcə 12 gənc məhbusun ayaqlarını yuyub, sonra isə öpüb.
Papanın ayaqlarını yuyub öpdüyü şəxslər arasında seneqallı müsəlman və iki qadın da olub.
QAZİLER.AZ








