Cavab zərbələri. İsrail HƏMAS-ın Livan və Qəzza zolağındakı obyektlərini vurub - VİDEO

Cavab zərbələri. İsrail HƏMAS-ın Livan və Qəzza zolağındakı obyektlərini vurub - VİDEO backend

İsrail bu gecə Livan və Qəzza zolağında HƏMAS-ın hədəflərinə hücum edib. Bu, İsrail tərəfinin Livan ərazisindən, sonra isə Qəzza zolağından məruz qaldığı raket hücumlarına cavab olaraq baş verib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İsrailə raket hücumları bu çərşənbə axşamı başlayıb. Bu, Qüdsdəki Əl-Əqsa məscidində polislə fələstinli dindarlar arasında toqquşmalar fonunda baş verib, daha sonra yüzlərlə insan İsrail polisi tərəfindən həbs edilib.

Həmin gün Livandan İsrailə azı 36 raket atılıb. Bundan sonra Qəzza zolağından hücumlar əlavə edilib.

Bir gecədə Qəzzadan İsrailə 44 mərmi atılıb: 12-si dənizə, 14-ü açıq ərazilərə düşüb və “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

İlkin olaraq iki nəfər yaralandığı bildirilir.

İsrail Xarici İşlər Nazirliyi hücumlarda HƏMAS-ı günahlandırıb.

QAZİLER.AZ

 

Diaspora