“Ukrayna ilə vahid dövlət yaratmaq ehtimalı təhlükəlidir, Varşavanın maraqlarına cavab vermir və reallıqdan uzaqdır”.
Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Polşanın Rusiyadakı keçmiş səfiri Katarjina Pelçinskaya-Nalenç RMF FM radiostansiyasının efirində səsləndirib. O, etiraf edib ki, birlik ideyasının özü bəziləri üçün cəlbedici görünə bilər, lakin onun həyata keçirilməsi mümkün olmayacaq.
“Polşa-Ukrayna ittifaqının yaradılması ilə bağlı hər hansı proqnozlar mənə qeyri-real, təhlükəli və yanlış görünür”, - o bildirib.
Onun sözlərinə görə, vahid dövlətin yaradılması hər iki ölkə üçün iqtisadi, sosial və siyasi rifaha gətirib çıxarmayacaq.
QAZİLER.AZ