Livan ərazisindən İsrailə hücumlar Fələstinin HƏMAS hərəkatının silahlıları tərəfindən həyata keçirilib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib. Yəhudi dövlətinin hərbi rəhbərliyi də hücumlarda İranın iştirakını istisna etmir.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Livanın cənub bölgələri üzərində səmada, Tir yaxınlığındakı yaşayış məntəqəsinin atəşə tutulmasından sonra İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr uçuşlar həyata keçirib. Livanlı deputat Qasem Hashem bildirib ki, raketlər çox güman ki, Fələstin düşərgələrindən İsrailə atılıb.
Bir çox aspektləri olan bir hadisə baş verdi, lakin bunu bir təşkilat törədib - HƏMAS qrupları Livandan atəş açıb. Biz İranın iştirakını araşdırırıq”, - İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.
Qeyd edək ki, aprelin 6-da İsrail mediası Livan ərazisindən ölkənin şimalındakı sərhəd yaşayış məntəqələrini və şəhərlərini hədəf alan onlarla raketin atıldığını, nəticədə ən azı 3 nəfərin yaralandığını bildirib. İsrail ordusu Livan tərəfdən 34 raketin atıldığını, onlardan 25-inin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.
QAZİLER.AZ