ABŞ-ı 6 aydan sonra Ukraynanı tərk etməyə məcbur edəcək təhlükə açıqlanıb

ABŞ-ı 6 aydan sonra Ukraynanı tərk etməyə məcbur edəcək təhlükə açıqlanıb backend

Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor ABŞ-ın altı ay ərzində üzləşə biləcəyi maliyyə böhranı səbəbindən Ukraynanı dəstəkləməkdən imtina edəcəyini proqnozlaşdırıb.

Qaziler.az xəbər verir ki, polkovnik “Judging Freedom” “YouTube” kanalına verdiyi müsahibədə hadisələrin bu dönüşünü ən çox ehtimal hesab etdiyini bildirib.

Makqreqor, həmçinin avropalıların əhval-ruhiyyəsinin dəyişməsinə, xüsusilə də onlar arasında getdikcə daha çox silah tədarükünün dayandırılmasının tərəfdarı olub danışıqlara çağıran insanlara diqqət çəkib.

Polkovnik istisna etməyib ki, o vaxta qədər bəzi Aİ ölkələrinin hakimiyyəti də Ukrayna böhranı ilə bağlı siyasətinə yenidən baxa bilər. ABŞ müdafiə nazirinin keçmiş müşaviri bunu hazırda Avropada daha ağır iqtisadi vəziyyətin müşahidə olunması ilə əsaslandırıb.

QAZİLER.AZ

Diaspora