Ermənistan artıq ABŞ-ın “Defender 23” təlimində iştirak edən ölkələrin siyahısında YOXDUR

Ermənistan artıq ABŞ-ın “Defender 23” təlimində iştirak edən ölkələrin siyahısında  YOXDUR backend

Ermənistan Avropada ABŞ-ın rəhbərlik etdiyi “Defender 23” hərbi təlimlərində iştirak etməli olan ölkələr siyahısından yoxa çıxıb.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat “news.ru”da dərc edilib. Qeyd edilib ki, əvvəllər Pentaqonun rəsmi saytında iştirakçılar arasında Ermənistanın da adı çəkilirdisə, indi bu ölkənin adı siyahıda yoxdur.

“ABŞ-dan başqa, “Defender 23” təlimlərində Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya iştirak edəcək”, - ABŞ Müdafiə Nazirliyinin saytına istinadən xəbər verilib.

QAZİLER.AZ

Diaspora