Tayvanda denge virusu 25 nəfərin həyatına son qoyub

Tayvanda denge virusu 25 nəfərin həyatına son qoyub backend

Tayvanda tropik denge virusu yayılmaqda davam edir. Virus artıq 25 nəfərin həyatına son qoyub. Ağcaqanadlar vasitəsi ilə yayılan infeksiyaya yoluxanların ümumi sayı artıq 10 min nəfəri keçib.


AZƏRTAC xəbər verir ki, epidemioloji cəhətdən ən mürəkkəb vəziyyət ölkənin cənub-qərbində yerləşən Taynan əyalətində və iri liman şəhəri Qaosyunda qeydə alınıb.

Denge xəstəliyi ağcaqanadlar vasitəsi ilə yayılan virus infeksiyasıdır. Əsasən tropik və subtropik regionlarda müşahidə edilir. Yüksək hərarət, ürəkbulanma, səpki, baş və bel ağrıları xəstəliyin əsas simptomlarıdır. Bəzi hallarda damarların dağılması səbəbi ilə güclü daxili qanaxmalarla müşayiət olunur.
Diaspora