Meksikanın Colima əyalətində döyüşmək üçün buraxılan xoruz rəqibinə deyil, sahibinə hücum edib. Xoruz sahibi aldığı zərbələrdən sonra ağır yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Meksikanın Colima əyalətinin paytaxtı Colimada xoruz döyüşü zamanı maraqlı anlar yaşanıb.
Xoruz döyüşü üçün boş sahəyə gətirilən iki xoruz sahibləri tərəfindən sərbəst buraxılıb. Amma xoruzlardan biri rəqibinə deyil, sahibinə hücum edib.
Xoruzun sahibi budundan yaralanıb. Qan içində olan yaralıya ilk yardımı çevrədəki adamlar edib.
Ayağından xəsarət alan xoruz sahibinin sağlamlıq durumu ilə bağlı açıqlama verilməyib.
Hadisə şahidləri bildiriblər ki, xoruzun ayağında kəsici alət olub.
Meksikada xoruz döyüşməsinə görə qanunla cəza yoxdur.
Verakruz ştatında 2018-ci ildə heyvanların istismarı səbəbiylə xoruz döyüşdürmə fəaliyyətləri qadağan edilib.
QAZİLER.AZ
