Hindistanda istirahətdə olan turist şəkil çəkdirərkən öldü

Hindistanda istirahətdə olan turist şəkil çəkdirərkən öldü backend

Britaniyalı təqaüdçü dostu ilə Hindistana gedib və orada tikintidə onu elektrik cərəyanı vuraraq ölüb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Hindistanda istirahət edən britaniyalı turist məşhur turistik məkanda tikinti sahəsində şəkil çəkdirdikdən sonra dünyasını dəyişib. Bu barədə İTV məlumat yayıb.

Dostu ilə tətildə olan 71 yaşlı İvan Braun tikintidə şəkil çəkdirərkən müvazinətini itirib. Düşmə zamanı təqaüdçü cərəyan olan naqildən tutub və nəticədə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Polis hadisənin şahidi olan yerli taksi sürücüsünü, həmçinin mərhumun dostunu dindirib. 

QAZİLER.AZ

Diaspora