Ukrayna niyə NATO-ya qəbul edilməməlidir? - Macarlı həmkarı Kulebaya izah etdi

Ukrayna niyə NATO-ya qəbul edilməməlidir? - Macarlı həmkarı Kulebaya izah etdi backend

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukraynanın NATO-ya daxil olmasının müzakirəsi indi tamamilə qeyri-realdır. Diplomat vurğulayıb ki, indi münaqişənin gərginləşməsinə səbəb ola biləcək hər hansı qərarlardan, hətta bəyanatlardan çəkinmək lazımdır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, Macarıstanın xarici işlər naziri ukraynalı həmkarı Dmitri Kulebanın ölkəsinin hərbi-siyasi blokun bir hissəsi olması barədə bəyanatını belə şərh edib:

Açığı, Ukraynanın NATO-ya üzvlüyündən danışmaq tamamilə qeyri-realdır. Düşünürəm ki, münaqişəyə son qoymaq üçün hələlik diqqətimizi bir şeyə yönəltsək, düzgün olar”, - Siyarto bildirib.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq bir müddət əvvəl NATO ölkələrinin liderlərinin iyulda keçiriləcək sammitində Ukraynanın Birliyə mümkün üzvlüyünü müzakirə edib-etməməsi sualına cavab verməkdən yayınıb. Eyni zamanda o, əmin edib ki, NATO-nun mövqeyi dəyişməzdir və Ukraynanın təşkilata qoşulacağından ibarətdir, lakin bunun üçün ölkəni müstəqil dövlət kimi qorumaq lazımdır.

QAZİLER.AZ

Diaspora