Latviya Seymi 18-27 yaş arası kişilər üçün məcburi hərbi xidmət haqqında qanun qəbul edib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında dərc olunmuş məlumatda deyilir. Eyni yaşda olan qadınlar xidmətə könüllü daxil ola bilər, ali məktəb tələbələri isə hərbi kafedralarda hərbi rütbələr almaq imkanı əldə edəcəklər. Qalanları məzun olduqdan sonra hərbiyə çağırılacaqlar.
Qanuna görə Latviya vətəndaşları - kişilər 18 yaşına çatdıqdan sonra bir il ərzində Milli Müdafiə Xidmətinə çağırıla bilərlər. 18 yaşından sonra təhsilini davam etdirənlər (ali təhsil istisna olmaqla) təhsilini başa vurduqdan sonra bir il ərzində hərbi xidmətə çağırılırlar.
QAZİLER.AZ