Çikaqo polisi "Trump Internatijnal Hotel and Tower"i mühasirəyə alıb.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Fox News” xəbər verir. Məlumata görə binada silahlı qadın var.
Hazırda polis əməkdaşları, o cümlədən xüsusi təyinatlıların nümayəndələri binanın yaxınlığındadır. Yaxınlıqdakı küçə nəqliyyatın hərəkəti üçün bağlanıb. Şəhər polis idarəsi göstərilən ünvanda baş verənlərlə bağlı təfərrüatları açıqlamayıb.
“Chicago Tribune”nın məlumatına görə, yerli vaxtla günorta saatlarında tüfənglə silahlanmış qadın binaya daxil olub. İnsidentin məişət xarakterli olduğu və indiyədək terror aktı ilə heç bir əlaqəsi olmadığı qeyd edilib.
QAZİLER.AZ