İŞİD mühasirəyə düşdü

İŞİD mühasirəyə düşdü backend

Suriya ordusu İŞİD-in nəzarətində olan Dəməşq-Xoms şosesi üzərində yerləşən iki strateji yaşayış məntəqəsini terrorçulardan təmizləyib.

APA TV-nin verdiyi məlumata görə, bu magistral ölkə yollarının ana xətti hesab olunur və şimal vilayətləri ilə cənubu birləşdirir. Hazırda hökumət qüvvələri antik Palmira şəhəri istiqamətində hücuma keçiblər. Hərbçilər şəhəri mühasirəyə almaq niyyətindədir. Amma qəflətən başlayan qum fırtınası buna mane olur.
Ordu Palmiranın cəmi iki kilometrliyindədir. Hərbçilər şəhər ətrafında bir neçə yüksəkliyi ələ keçiriblər. Bununla da İŞİD terrorçularının Xoms istiqamətində hərəkəti dayandırılıb. Hökumət qüvvələri tanklardan və artilleriyadan istifadə edirlər.
Başlayan qum fırtınası son 70 ilin ən tozlu tufanıdır. Anomal hava şəraiti hərbçilərin artilleriya atışlarına da mane olur. Fırtına səbəbindən aviasiya da quru qoşunlarına dəstək verə bilmir. Ən şiddətli döyüşlər isə bölgənin Cezal rayonunda gedir. Burada mühasirəyə düşən terrorçulara dairədən çıxmağa imkan verilmir


Diaspora