Türkiyə Xarici İşlər Nazirliyi aprelin 3-dən etibarən Türkiyə hava məkanının İraqın Süleymaniyyə hava limanından eniş-uçuş üçün istifadə edəcək təyyarələrin istifadəsinə bağlandığını açıqlayıb.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözcüsü Tanju Bilgiç mövzu ilə bağlı suala yazılı açıqlama verib:
“Türkiyə hava məkanı aprelin 3-dən etibarən eniş-uçuş üçün İraq Süleymaniyyə Beynəlxalq Hava Limanından istifadə edəcək təyyarələrin istifadəsinə bağlanıb.
Sözügedən qərar PKK terror təşkilatının Süleymaniyyədə fəaliyyətinin intensivləşdirilməsi, terror təşkilatının hava limanına soxulması və bununla da uçuş təhlükəsizliyini təhdid etməsi çərçivəsində qəbul edilib.
İlk mərhələdə 3 iyul 2023-cü il tarixinə qədər qüvvədə olması gözlənilən qərar, qeyd olunan tarixə qədər yenidən nəzərdən keçiriləcək.
QAZİLER.AZ
