Serbiya-Macarıstan sərhədində keçid məntəqəsinin açılmasını gözləyən mühacirlərlə macar polislər arasında toqquşma olub.
APA TV-nin məlumatına görə, polis iki gündür sərhədin açılmasını gözləyən yüzlərlə mühaciri dağıtmağa çalışıb. Mühacirlərin Macarıstanla sərhədi bağlayan dəmir qapını sındırmağa çalışan mühacirlərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilib. Dəmir qapı aşsa da, polis əməkdaşları onun yerində canlı sipər qurublar.Mühacirlər də polisə daş, şüşə və taxta parçaları ilə müqavimət göstəriblər. Toqquşma nəticəsində onlarla adam xəsarət alıb.
Mühacirlər macar polislərə "Biz mühacirik, sülh üçün burdayıq. Sizə heç bir pisliyimiz dəyməyib" deyiblər.
Serbiya hökuməti miqrantlarla bağlı yaranmış böhrana görə Macarıstanla sərhədə əlavə polis qüvvələri yollayıb.
Macarıstan polisinin mühacirlərə qarşı qeyri-insani rəftarı Serbiya hökumətinin etirazına səbəb olub. Serbiya Macarıstana nota ünvanlayıb. Rəsmi Belqrad bəyan edib ki, mühacirlərə qarşı aqressiv davranışı doğru hesab etmir.