Ürəyində problem olan italyan siyasətçi reanimasiya şöbəsinə yerləşdirilib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni reanimasiyaya yerləşdirilib.
Dörd dəfə baş nazir vəzifəsini icra edən Berluskoni son illərdə təkrarlanan sağlamlıq problemləri ilə gündəmdədir.
Berluskoninin yaxın ətrafı bildirib ki, 86 yaşlı siyasətçi ürək problemlərinə görə çərşənbə günü Milanda yerləşən San Raffaele xəstəxanasında reanimasiyaya aparılıb.
Bir həftəlik fasilədən sonra yenidən xəstəxanaya yerləşdirilən Berluskoni ötən ayın sonunda eyni xəstəxanadan buraxılıb.
Forza Italia (FI) partiyasının liderinin çəkdiyi bəzi ağrılar səbəbindən nəzarət məqsədi ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Bildirilib ki, Berluskoninin ürək-damar cərrahiyyəsinin reanimasiya şöbəsində müalicəsi davam edir.
ANSA agentliyi də keçmiş baş nazirin vəziyyətinin stabil olduğunu yazıb.
QAZİLER.AZ
