Fələstin: 350 nəfər həbs edilib - İsrail polisindən açıqlama

Fələstin: 350 nəfər həbs edilib - İsrail polisindən  açıqlama backend

Fələstin Xarici İşlər Nazirliyi bu gün baş verən basqını şiddətlə pisləyib və "İsrail qüvvələrinin Məscidül-Əqsanı qeyri-qanuni işğal etdiyini və 500-dən çox ibadətçini qanunsuz olaraq həbs etdiyini" açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İsrail polisi bununla bağlı açıqlama verib.

İsrail polisi bu gün səhərki açıqlamasında dünən teravih namazından sonra Məscidi- Əqsanın həyətində "maskalı təxribatçılara müdaxilə etdiyini bildirərək "İsrail polisi aralarında maskalı şəxslər, daş və havaya fişəng atanlar və məscidə sayğısızlıq göstərməkdə şübhəli bilinənlər də daxil olmaqla Tapınaq dağında barrikada quran 350-dən çox şəxs tutuldu və ərazidən uzaqlaşdırıldı" ifadəsini işlədib.

İsrail rəsmiləri səhər saatlarında Məscidül-Əqsada hadisələrin sakitləşdiyini və ibadətlərin davam etdiyini bildirib.

QAZİLER.AZ

Diaspora