Qaçqın mərkəzində 40 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı 5 nəfər həbs edilib

Qaçqın mərkəzində 40 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı 5 nəfər həbs edilib backend

Meksikada immiqrasiya mərkəzində 40 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı 5 nəfər həbs edilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Meksikada məhkəmə martın 27-də ABŞ-a yaxın sərhəd şəhəri Ciudad Juarezdə Meksika Milli Miqrasiya İnstitutunda baş verən və 40 nəfərin ölümünə səbəb olan yanğınla əlaqədar 5 nəfərin həbsinə qərar verib.

Meksika Federal Məhkəmə Şurasının dünənki iclasdan sonra verdiyi açıqlamaya görə, məhkəmə 3 meksikalı immiqrasiya məmuru, bir şəxsi təhlükəsizlik işçisi və bir venesuelalı mühacirin səhlənkarlığı ucbatından, onların yanğına müdaxilə etməməkləri səbəbindən baş verən yanğına görə həbs olunmalarına  qərar verib.

Müəssisənin içindəki təhlükəsizlik kameralarından alınan 30 saniyəlik videoda alov otağı bürüyərkən bir nəfərin qapını açmağa çalışdığı, lakin bir neçə mühafizəçinin bayırda gəzdiyi görünür.

Meksika prezidenti Andres Manuel Lopez Obrador bildirib ki, günahkarlar "qanunlara uyğun olaraq" cəzalandırılacaq.

QAZİLER.AZ

Diaspora