Donald Tramp Floridadakı malikanəsini tərk edərək Nyu-Yorka gedib və orada ittihamlarla üzləşəcək.
QAZİLER.AZ MİR 24-ə istinadən xəbər verir ki, siyasətçinin onlarla avtomobildən ibarət kortejini polis və tərəfdarları müşayiət edib.
İnsanlar bayraqlar, pankartlar qaldırıb, şüarlar səsləndiriblər. Çərşənbə axşamı məhkəmə qarşısına çıxacaq Trampı tərəfdarları belə dəstəkləyir. O, 30-dan çox dələduzluq faktında ttiham olunur.
Bu arada Nyu-Yorkda polis keçmiş prezidentin qalmağı planlaşdırdığı Trump Tower göydələnini mühasirəyə alıb. Manhettendə sədlər qurulub və jurnalistlərin binaya girişi əngəllənib. Ağ Ev bildirib ki, hakimiyyət keçmiş prezidentin ittihamı ilə başlaya biləcək etiraz aksiyalarına və küçə iğtişaşlarına hazırdır.
Xatırladaq ki, aprelin əvvəlində məlum olub ki, amerikalıların demək olar ki, yarısı ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ittihamları “siyasi motivli” hesab edir. Belə ki, ABC telekanalı və Ipsos sosioloji xidmətinin birgə araşdırmasının nəticələrinə görə, respondentlərin 47%-i Ağ Evin keçmiş rəhbərinin mühakimə olunacağı işin siyasi mahiyyəti ilə bağlı fikirləri bölüşür. . Əks nöqteyi-nəzərdən respondentlərin 32%-i iştirak edir. Vətəndaşların daha 20%-i cavab verməkdə çətinlik çəkib. Bununla yanaşı, sorğu iştirakçılarının 43%-i hesab edir ki, Tramp 2024-cü ildə prezidentlik uğrunda mübarizədən əl çəkməlidir.
QAZİLER.AZ