Britaniyanın müdafiə naziri: Putinə dərs olsun

Britaniyanın müdafiə naziri:  Putinə dərs olsun backend

Britaniya Finlandiyanın NATO-ya üzvlüyünü alqışlayır və hesab edir ki, belə bir addım Rusiya diktatoru Vladimir Putin üçün dərs olmalıdır.

Qaziler.az bildirir ki, RBC-Ukraynanın Sky News-a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles bildirib.

Onun sözlərinə görə, o, Finlandiyanın NATO-ya müraciətinin hələ də təsdiqlənməsinə və ölkənin Alyansa daxil olmasına sevinir.

"Qoy Finlandiya prezident Putin üçün dərs olsun. Finlandiya öz iradəsi ilə NATO-ya üzv olmağı seçdi. Suveren dövlət kimi alyansları seçmək azadlığı onun vətəndaşlarından asılıdır", - Uolles əlavə edib.

QAZİLER.AZ

 

Diaspora