Təqaüdçü motosiklet sürərkən arı sancmasından dünyasını dəyişib

Təqaüdçü motosiklet sürərkən arı sancmasından dünyasını dəyişib backend

Daily Mail: Taylandda britaniyalı arı sancmasından ölüb.

Taylandın Phuket şəhərində motosiklet sürərkən arı sancması nəticəsində bir britaniyalı təqaüdçü allergik reaksiyadan ölüb.

Qaziler.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

69 yaşlı Stiven Prins motosikletlə evə qayıdarkən arı sancdığını hiss edib. Kişinin arvadı anafilaktik şokun əlamətlərini görüb və dərhal ərinə antihistamin iynə vurub. Qadının cəld reaksiyasına baxmayaraq, britaniyalının vəziyyəti pisləşib və o, huşunu itirib.

Xəstəxanaya yerləşdirilən kişi həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Polis ilkin araşdırma aparıb və ölümün səbəbinin arı sancmasına qarşı allergiya olduğunu təsdiqləyib.

Mərhumun həyat yoldaşı bildirib ki, Prinsin əvvəllər allergik reaksiyaları olub, lakin onun həyatı üçün heç vaxt bu qədər təhlükəli olmayıb. Britaniyalını xəstəxanaya aparan həkim bildirib ki, onun 4 illik karyerasında ilk dəfə bir xəstə arı sancmasından ölür.

QAZİLER.AZ

 

Diaspora