Yens Stoltenberq: NATO qüvvələrinin öz ərazisində yerləşdirilməsinə Finlandiya özü qərar verəcək

Yens Stoltenberq: NATO qüvvələrinin öz ərazisində yerləşdirilməsinə Finlandiya özü qərar verəcək backend

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Finlandiya alyansa qoşulduqdan sonra müttəfiq qüvvələrini öz ərazisində yerləşdirib-yerləşdirməmək barədə qərar verəcək. "Fin tərəfinin razılığı olmadan Finlandiyada NATO qoşunları olmayacaq", - Stoltenberq vurğulayıb. Onun sözlərinə görə, Finlandiya alyansı inkişaf etmiş hərbi sənaye və yüksək peşəkar ordu ilə təmin edəcək.

Bundan sonra Şimali Avropa ölkəsi NATO-ya daxil olduqdan sonra Vaşinqton müqaviləsinin 5-ci maddəsi ona şamil olunmağa başlayacaq. Yəni, kimsə alyans ölkələrindən birinə hücum edərsə, qalanların hamısı köməyə gəlməli olacaq. Beləliklə, Finlandiya NATO-dan etibarlı təhlükəsizlik zəmanəti alacaq, Stoltenberq vurğulayıb.

QAZİLER.AZ ölkə mətbuatına istinadən bildirir ki, aprelin 4-də Polşanın baş naziri Mateuş Moravetski Finlandiyanın NATO-ya rəsmi daxil olduğunu elan edib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Finlandiyanın NATO-ya daxil olması və alyansın Rusiya Federasiyasının sərhədləri ilə təmas xəttinin artırılması Şimali Avropada vəziyyəti kökündən dəyişəcək.

QAZİLER.AZ

 

 

Diaspora