Finlandiya rəsmən NATO-da: Kreml bunu Rusiyanın təhlükəsizliyinə qəsd hesab edir

Finlandiya rəsmən NATO-da: Kreml bunu Rusiyanın təhlükəsizliyinə qəsd hesab edir backend

Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu. 

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski özünün “Twitter” hesabında yazıb.

“Finlandiya hazırda NATO-dadır. Təbrik edirik! Bu gündən alyans 31 ölkədən ibarətdir”.

Moravetscki əlavə edib ki, güclü tərəfdaşlar Polşanın və bütün dünyanın təhlükəsizliyini təmin edir. Eyni zamanda, alyansdan hələlik rəsmi açıqlama daxil olmayıb.

Aprelin 3-də NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın aprelin 4-də alyansın bir hissəsi olacağını təsdiqləmişdi.

"Kreml belə proseslərdə Rusiyanın təhlükəsizliyinə qəsd gördüklərini bildirib", - deyə Rusiya mətbuatı NATO-ya üzv ölkələrinin artmasından narahatlığını belə bildirib..

QAZİLER,AZ

Diaspora