Litvadan ruslara QADAĞA

Litvadan ruslara  QADAĞA backend

Litva ruslara daşınmaz əmlak almağı qadağan edib.

Qaziler.az RBK-Ukrayba-ya istinadən bildirir ki, Litva milli təhlükəsizliyə təhdid səbəbindən Rusiya vətəndaşlarına daşınmaz əmlakın satışını qadağan edib.

Aprelin 4-də Litva parlamenti ruslara daşınmaz əmlak almağı qadağan edən qanun qəbul edib. Qadağa 2024-cü ilə qədər qüvvədə olacaq və bu, ölkədə əvvəldən yaşamaq hüququ verilmiş ruslara şamil edilməyəcək.

Parlament Rusiya və Belarus vətəndaşlarına yeni vizaların verilməsini də qadağan edib.

Bundan əlavə, vizaları olan ruslar və belaruslar Litvanın milli təhlükəsizliyinə təhdid olub-olmadıqlarını müəyyən etmək üçün sərhəddə “fərdi uzadılmış yoxlamalardan” keçəcəklər.

QAZİLER.AZ

 

 

Diaspora