Naməlum şəxslər Misir polis generalını güllələyiblər

Naməlum şəxslər Misir polis generalını güllələyiblər backend

Misir kütləvi informasiya vasitələri ölkənin Daxili İşlər Nazirliyinə istinadla bildirirlər ki, Sinay yarımadasının şimalında naməlum şəxslər Misir DİN-in mərkəzi təhlükəsizlik xidməti generalını güllələyiblər.

General Əl-Ariş şəhərində təhlükəsizlik qüvvələri postlarının vəziyyətini yoxlayarkən naməlum şəxslər ona atəş açıblar.

Xatırladaq ki, son iki həftədə Misirin təhlükəsizlik qüvvələri Sinay yarımadasının şimalında antiterror əməliyyatı keçirirlər. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, bu müddətdə yüzdən çox ekstremist məhv edilib.
Diaspora