Misirdə olan firon II Ramzesə məxsus tabutun Parisdə 5 ay davam edəcək sərgi salonuna aparıldığı bildirilib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Misirin rəsmi xəbər agentliyi MENA-da yer alan xəbərə görə, Misirin Parisdəki səfiri Ala Yusuf II Ramzesin tabutunun Parisə aparıldığını bildirib.
Sözügedən tabutun Misirin Parisdəki bir salonda təşkil etdiyi 5 ay davam edəcək bir sərgi salonuna qoyulduğunu ifadə edən Yusuf, “II Ramses, Qədim Misir tarixinin ən güclü və çox məşhur Fironu olaraq tanınır" - dedi.
II Ramzesə məxsus tabutun 1976-cı ildə də sərgi üçün Parisə aparıldığını deyən Yusif, bu tabutun yarım əsrdən sonra yenidən bu şəhərə göndərildiyini bildirib.
Bu arada Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada II Ramzesə məxsus taxta tabutun Parisdəki sərgi salonuna çatdığı və 5 ay davam edəcək sərginin aprelin 6-da açılacağı bildirilib.
Sərginin “Ramses və Fironların Qızılı” adı ilə açılacağı və burada Misirdən gələn 180 qızıl tarixi əsərin nümayiş olunacağı paylaşılıb.
Qeyd edək ki, Misir Nazirlər Şurası yanvar ayında Parisdə nümayiş etdiriləcək əsərlər sırasına II Ramzesin tabutunun da daxil edilməsini təsdiqləmişdi.
Xatırladaq ki, 1881-ci ildə tapılan II Ramzesin tabutu paytaxt Qahirədə Misir Milli Muzeyində nümayiş etdirilir.
QAZİLER.AZ





