Moskvanın Xamovniki Məhkəməsi Oksana Fedorovanı həbs edib

Moskvanın Xamovniki Məhkəməsi Oksana Fedorovanı həbs edib backend

O, casusluqda ittiham olunub

Moskvanın Xamovniki Məhkəməsi Oksana Fedorovanı casusluq işi üzrə həbs edib. QAZİLER.AZ  RİA Novosti-yə istinadən bildirir ki, bu haqda məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Fedorova O.V. barəsində həbs qətimkan tədbiri seçilib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur”, - məlumatda deyilir.

Eyni zamanda, məhkəmə həbs edilən şəxsin hansı vətəndaşlığa malik olduğunu dəqiqləşdirməsə də, məqalədə onun- müttəhimin xarici ölkə vətəndaşı olduğu bildirilir.

Bundan əvvəl xəbər verilmişdi ki, casusluqda şübhəli bilinərək həbs edilən və "The Wall Street Journal"-ın Moskva bürosunda işləyən amerikalı jurnalist Evan Qerşkoviç onun həbsindən apellyasiya şikayəti verib. Məhkəməyə Qerşkoviçin müdafiəsindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı şikayətin daxil olduğu bildirilir. Moskva Şəhər Məhkəməsində şikayətə baxılacağı tarix hələ müəyyən edilməyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avrodiplomatiyanın rəhbəri Xosep Borrelin “The Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviçin Rusiya Federasiyasında saxlanması ilə bağlı sözlərini tənqid edib.

QAZİLER.AZ

Diaspora