Ukraynanın dövlət başçısının sözlərinə görə, Rusiya öz istəyi ilə dayanmayacaq və Avropaya doğru irəliləyəcək.
Prezident Vladimir Zelenski Çerniqov vilayətinin Yaqodnoye kəndinin rus işğalçılarından azad edilməsinin ildönümü ilə əlaqədar bu kəndə səfəri zamanı deyib ki, Rusiyanın döyüş meydanında məğlub olması sülhün ən yaxşı təminatı olacaq.
Qaziler.az bildirir ki, bu barədə “Ukrinform” məlumat yayıb.
"Biz sülh istəyirik, amma Rusiya ilə sülhə necə nail ola bilərik? Yalnız ölkəmizdə, öz torpağımızda döyüş meydanında qalib gəlməklə, Rusiyanın qarşısını almaqla. Əks halda, Ukraynadan sonra o, Avropaya doğru irəliləyəcək və nəticəsini burada görə bilərsiniz. ” Zelenski bildirib.
QAZİLER.AZ